
Point Blank Türkiyədə Ramazan həyəcanı bütün sürəti ilə davam edir!
Topluluq oyunçularını bir araya gətirən PBRT Topluluq Turniri üçün gözlənilən an gəldi
Turnirdə mübarizə aparacaq komandaların qarşılaşmaları rəsmi olaraq açıqlanıb.
Ramazan ayına xüsusi olaraq təşkil olunan bu turnirdə oyunçular iftardan sahura qədər davam edən rəqabət dolu oyunlarda bacarıqlarını ortaya qoyacaqlar.
Türkiyə, Azərbaycan və Yaxın Şərq ve Şimali Afrika regionlarından qatılan topluluq komandaları
həm rəqabətin, həm də əyləncənin bir arada olduğu bu turnirdə çempionluq uğrunda mübarizə aparacaqlar.
Turnirdə yer alan komandalar müəyyən edilmiş fikstura əsasən rəqibləri ilə qarşı-qarşıya gələcək və növbəti mərhələyə yüksəlmək üçün gərgin mübarizə aparacaqlar. Hər oyunda strategiya, komanda uyğunluğu ve fərdi performans ön plana çıxarkən, izləyiciləri də həyəcan dolu qarşılaşmalar gözləyir.
Topluluq oyunçuları üçün xüsusi hazırlanmış PBRT Topluluq Turniri, həm yeni istedadların özlərini göstərməsi, həm də oyunçuların rəqabət mühitində təcrübə qazanması üçün önəmli bir fürsət təqdim edir. Ramazan ayının atmosferi ile birləşən bu turnir, Point Blank sevərlərə iftardan sahura qədər fasiləsiz espor həyəcanı yaşadacaq.
Bütün oyunçulara uğurlar arzulayır,
Point Blank topluluğunu bu həyəcanı birlikdə yaşamağa dəvət edirik.